“Ukraynanın hərbi münaqişəyə son qoyulması ilə bağlı mövqeyi ziddiyyətlərlə doludur, lakin Rusiya nizamlanma istiqamətində işləməyə davam edəcək”.
NOCOMMENT.az RBC-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz Kiyevdən çox ziddiyyətli bəyanatların gəldiyini görürük. Biz görürük ki, Kiyev rejiminin mövqeyi ziddiyyətlərlə doludur. Bütün bunlar, əlbəttə, sülh prosesinə töhfə vermir”.
Kremlin sözçüsü deyib ki, bununla belə, Rusiya tərəfinin və Vladimir Putinin mövqeyi “ardıcıldır və hamıya məlumdur”.
“Biz amerikalılarla ünsiyyətimizi davam etdiririk, ciddi iş gedir”, – deyə Peskov əlavə edib.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə münaqişənin tezliklə həll olunmayacağını bildirib, amma nəzərə çatdırıb ki, müharibənin bitməsi üşün ilkin şərtlər yaranıb.
Xatirə SADİQ