AZ

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 151-ci Assambleyasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də İsveçrəninCenevrə şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 151-ciAssambleyasında keçirilən “Böhran zamanı humanitar normalarınqorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusundamüzakirələrdə çıxış edib.

Çıxışında bu gün dünyada münaqişələrin və təbii fəlakətlərinsayının artmaqda davam etdiyini söyləyən spiker Sahibə Qafarovabunun özü ilə yeni humanitar çağırışlar – zorakılıq, köçkünlük,böhranlar və aclıq gətirdiyini bildirib. Birləşmiş MillətlərTəşkilatının Baş katibinin bu yaxınlarda qlobal humanitarfəaliyyətin iflasa uğramaq ərəfəsində olması ilə bağlı xəbərdarlıqetdiyini xatırladan Milli Məclisin sədrinin sözlərinə görə, bu,vəziyyətin nə qədər ciddi olduğunu və birgə tədbirlərə nə qədərehtiyac duyulduğunu açıq şəkildə göstərir.

Tədbir iştirakçılarına bu ilin avqustunda Vaşinqtonda Azərbaycanvə Ermənistanın Birgə Bəyannamə imzalaması haqqında məlumat verənspiker Sahibə Qafarova deyib ki, tərəflər sülh sazişini dəparafladılar ki, bu da onilliklərlə davam edənErmənistan-Azərbaycan münaqişəsinə son qoyulması istiqamətindətarixi addımdır. Milli Məclisin sədri ümidvar olduğunu bildirib ki,bu əlamətdar hadisə Cənubi Qafqazda daimi sülh, sabitlik və davamlıinkişafın yeni səhifəsini açacaq. Bu isə, hətta uzun müddətdirdavam edən münaqişələrin də dialoq və siyasi iradə yolu ilə həlloluna biləcəyinə dair əminlik yaradır.

Spiker Sahibə Qafarova müzakirə iştirakçılarının diqqətinəçatdırıb ki, Azərbaycan xalqı humanitar böhranın nə demək olduğunuöz təcrübəsində yaşayıb. Onun sözlərinə görə, hələ 1990-cı illərinəvvəllərində Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində birmilyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Odövrdə 8 milyonluq xalq üçün bu, böyük faciə idi. Davamlı millisəylər və beynəlxalq tərəfdaşların dəstəyi ilə Azərbaycan köçkünəhalisinin təcili ehtiyaclarını ödəyə bildi. 2020-ci ildə ölkəmizöz ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad edilmişərazilərdə genişmiqyaslı yenidənqurma və reabilitasiya layihələrinəbaşlayıb. Milli Məclisin sədri deyib ki, artıq qayıdış prosesibaşlayıb və bu gün əlli mindən çox insan yenidən orada yaşayır,işləyir və oxuyur. Bu, Azərbaycan Prezidenti İlham Əliyevinrəhbərliyi ilə ölkəmizin güclü siyasi iradəsinin və humanitarfəaliyyətə sadiqliyinin sübutudur.

Bununla belə Sahibə Qafarova hələ də bəzi ciddi problemlərinqaldığını söyləyib. O, bu sırada ən aktual məsələlərdən biri kimiinsanların həyatını təhdid etməyə və yenidənqurma işlərinə manetörədən ərazilərimizin minalarla çirklənməsini göstərib. Spikerdiqqətə çatdırıb ki, işğal illərində Ermənistan tərəfindənAzərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində çoxlu saydaminalar yerləşdirilib. Vurğulanıb ki, 2020-ci ildən indiyədəkminalardan 400-dən çox azərbaycanlı həlak olub və ya yaralanıb. Buminalar və müharibə qalıqları həm də ətraf mühitə ciddi ziyan vurur- torpağı və suyu çirkləndirir, biomüxtəlifliyi məhv edir və münbittorpaqların becərilməsinin qarşısını alır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkəmiz üçün humanitarminatəmizləmə təkcə təhlükəsizlik tədbiri deyil, həm də ətrafmühitin bərpası aktıdır.

Çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyatakeçirilən yenidənqurma və bərpa işləri zamanı davamlı inkişaf və"yaşıl prinsiplər"in inkişafın hər bir mərhələsinə inteqrasiyaetdiyini vurğulayan spikerin bildirdiyinə görə, həmin ərazilərdəbərpanın ətraf mühitin yenilənməsi ilə paralel getməsini təminetmək üçün yeni “ağıllı kəndlər” və “yaşıl enerji zonaları”yaradılır. O deyib ki, humanitar bərpa və ekoloji tarazlıq birlikdəinkişaf etməlidir.

Milli Məclisin sədri, assambleyada daha bir humanitar çağırışkimi itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə də diqqətçəkib. O vurğulayıb ki, münaqişə illərində 4000-ə yaxınazərbaycanlı itkin düşüb və onların ailələri hələ də cavabgözləyir. Bu, təkcə milli ağrı deyil, həm də bir çox ölkələrinpaylaşdığı universal humanitar narahatlıqdır.

Spiker bir daha diqqətə çatdırıb ki, Azərbaycan bu çağırışlamübarizəni dəstəkləmək məqsədi ilə humanitar minatəmizləməni özünün18-ci Milli Dayanıqlı İnkişaf Məqsədi kimi qəbul edib və digərölkələri də oxşar yanaşmanı nümayiş etdirməyə dəvət edir. Bundanbaşqa, Azərbaycan humanitar minatəmizləmə üzrə beynəlxalqkonfranslar təşkil edir və ideyaların və qabaqcıl təcrübələrinmübadiləsi üçün dəyərli platforma təmin edən “İtkin düşmüşşəxslərlə bağlı Bakı Dialoqu”nu təsis edib.

Çıxışının sonunda Milli Məclisin sədri deyib ki, vaxtiləhumanitar yardım alan Azərbaycan bu gün donor ölkə kimi çıxış edir,BMT-ni və qlobal humanitar səyləri dəstəkləyir. COVID-19pandemiyası zamanı Azərbaycan 80-dən çox ölkəyə yardım göstərib vəson beş ildə 140-dan çox ölkəyə 350 milyon ABŞ dollarından çoxhumanitar, maliyyə və texniki yardım çatdırıb. Bu səylər vasitəsiləAzərbaycan göstərir ki, sülh, humanitar fəaliyyət və ekolojidavamlılıq ayrılmazdır. Yalnız həmrəylik və ortaq məsuliyyətsayəsində biz hamı üçün daha təhlükəsiz, daha yaşıl və dahahumanist gələcək qura bilərik.

Seçilən
29
20
az.trend.az

10Mənbələr