AZ

“Zelenski gəlsə, ayaqlarını sındıracağam”

Oktyabrın 19-da Rumıniyadan olan ifrat sağçı deputat Diana Şoşoake Rusiyaya səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı hədə-qorxu dolu açıqlama verib.

Milli.Az xəbər verir ki, o, "Facebook" hesabında yazıb ki, Zelenski Rumıniya parlamentində çıxış etməyə cəhd etsə, "onun ayaqlarını sındıracaq".

Deputat çıxışı zamanı Zelenskinin 2023-cü ilin oktyabrında Buxarestə səfərini xatırladaraq onun parlamentdəki çıxışını tənqid edib:

"Əgər o, yenidən mənim parlamentimə gəlməyə cəsarət etsə, mən onun ayaqlarını sındıracağam! O, orada danışmamalıdır. Bu, mənim parlamentimdir, çünki Rumıniya Konstitusiyası biz deputatları xalqın nümayəndələri kimi tanıyır. Mənim borcum Rumıniyanın müstəqilliyini və suverenliyini qorumaqdır" .

Fidan
Milli.Az

Seçilən
16
milli.az

1Mənbələr