AZ

Xameneidən Trampa: "Yuxunda görərsən"

Bu sözlər İranın ali dini lideri Əli Xameneinin "X" hesabındapaylaşılıb.Onun dilindən yazılmış mesajda ABŞ Prezidenti Donald Trampın "İranın nüvə obyektlərinin dağıdıldığı" barədə iddiasına etiraz bildirilib:

"ABŞ Prezidenti fəxrlə söyləyir ki, nüvə sənayemizi bombalayaraq sıradan çıxarıblar. Çox yaxşı, beləcə xəyal qur!".

Xatırladaq ki, iyunun 13-də İsrail Hərbi Hava Qüvvələri İran ərazisindəki nüvə və raket obyektlərinə aviazərbələr endirmiş, İranın cavab tədbirləri görməsi ilə iki ölkə arasında 12 günlük müharibə başlamışdı. ABŞ də İsrailə dəstək verərək hücumlara qoşulmuşdu. Nəticədə hər iki ölkənin ərazisində hədəfə alınan obyektlərdən əlavə bir çox mülki infrastruktura da ziyan dəymiş, yüzlərlə insan həyatını itirmişdi.
AP:"İran dirçəlir"

ABŞ-nin "The Associated Press" (AP) xəbər agentliyi sentyabrın 24-də peykdən çəkilmiş fotoların təhlilinə əsasən xəbər yaymışdı ki, İran müharibədə dağıdılmış raket istehsalı müəssisələrini yenidən qurmağa başlayıb.Hərçənd vurğulanıb ki, raket istehsalı üçün lazımi qatı yanacağı hazırlayan böyük qarışdırıcı qurğular fotolarda "gözə dəymir". Agentliyə danışan mütəxəssislər diqqətə çatdırırlar ki, İsraillə yenidən müharibəyə girə biləcəyindən ehtiyatlanan İran üçün raket proqramının bərpası həyati əhəmiyyətə malikdir. Çünki Tehran müharibədə özünün hava hücumundan müdafiə sistemini itirdiyi üçün əsasən raket gücünə arxalanır.

Firudin Həmidli
AzVision.az
Seçilən
50
1
azvision.az

2Mənbələr