AZ

Bank Respublika müştəriləri onlayn təhlükələrə qarşı ayıq olmağa çağırır!

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bank Respublika müştəri məlumatlarının qorunmasını prioritet sayırBakı, 20 oktyabr 2025-ci il. Hər il oktyabr ayında dünyada “Kibertəhlükəsizlik üzrə maarifləndirmə ayı” qeyd olunur. Bu qlobal təşəbbüsün məqsədi həm fərdi, həm də korporativ mühitdə istifadəçilərin onlayn təhlükələrdən qorunması üçün maarifləndirmə səylərini gücləndirmək, təhlükəsiz rəqəmsal davranış mədəniyyətini formalaşdırmaqdır.

Bank Respublika bu təşəbbüsə qoşularaq bildirir ki, təhlükəsizlik ilk olaraq Sizdən başlayır. Rəqəmsal mühitdə təhlükəsiz davranış gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməlidir. Bank müasir bankçılığın inkişafı ilə yanaşı, müştəri məlumatlarının qorunması və təhlükəsiz əməliyyat mühitinin təmin edilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirir.

Bank Respublika müştəri məlumatlarının qorunması və rəqəmsal əməliyyatların təhlükəsizliyinin təmin olunması üçün müasir texnoloji həllər, çoxsəviyyəli daxili təhlükəsizlik protokolları və davamlı maarifləndirmə təşəbbüsləri həyata keçirir.

Bank Respublika müştərilərə kibertəhlükələrdən qorunmaq üçün aşağıdakı sadə, lakin vacib addımları tövsiyə edir:

Şəxsi məlumatlarınızı paylaşmayın

Bank Respublika heç vaxt telefon və ya mesaj vasitəsilə PIN, şifrə, SMS kod kimi məlumatları tələb etmir.

Klik etməzdən əvvəl düşünün

Naməlum linklərə və fayllara keçid etməzdən əvvəl mənbənin etibarlılığını yoxlayın.

Hesablarınızı gücləndirin

Çoxfaktorlu autentifikasiya (MFA)  və unikal parol hesabınızın ən güclü qoruma üsuludur.

Kart məlumatlarınızı qoruyun.

Kart nömrəsi, CVV və PIN yalnız sizə məxsusdur. Onları paylaşmaq maliyyə risklərinə səbəb ola bilər.

Bildirişləri aktiv saxlayın

SMS və push bildirişləri şübhəli əməliyyatları dərhal görməyə kömək edir.

Yalançı lotereya və müsabiqələrə inanmayın.

Bank adından yayılan saxta kampaniyalara aldanmayın. Yalnız Bank Respublika-nın rəsmi səhifələrində  qeyd olunan məlumatlara etibar edin.

Təhlükəsiz şəbəkədən istifadə edin

İctimai Wi-Fi üzərindən bank əməliyyatları aparmaq risklidir. Yalnız etibarlı bağlantılardan istifadə edin.

Mobil tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin

App Store və ya Google Play-dən kənar mənbələrdən yüklənən tətbiqlər təhlükə yarada bilər.

Sosial şəbəkələrdə ehtiyatlı olun

Ad günü, ünvan və digər şəxsi məlumatları paylaşmaq dələduzlara fürsət yarada bilər.

Bank Respublika hər kəsi rəqəmsal mühitdə məsuliyyətli davranmağa, təhlükəsizlik qaydalarına əməl etməyə və şəxsi məlumatlarını qorumağa çağırır.? Daha ətraflı məlumat üçün:www.bankrespublika.az

Sosial şəbəkələr:  FacebookInstagram  LinkedIn    Telegram

ağrı Mərkəzi: 144

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
12
demokrat.az

10Mənbələr