Marqarita Simonyan kimyaterapiyaya başladığını açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın baş təbliğatçısı və “RT” telekanalının baş redaktoru Marqarita Simonyan “X” sosial şəbəkəsində yazıb.
O, kimyaterapiya kursuna başladığını bildirib.
“Özümü necə hiss edəcəyim və efirə nə vaxt qayıdacağım məlum deyil. Dualar və xoş arzular üçün hər kəsə təşəkkür edirəm”, – Simonyan bildirib.
Qeyd edək ki, Simonyan sentyabr ayında xərçəng xəstəliyinə görə müalicə olunduğunu açıqlamışdı.
Xuraman Etibarlı
İnterpress.az