Bu gün İkinci Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.
Bizim.Media 2020-ci il 20 oktyabrda şəhid olan qəhrəmanlarımızı təqdim edir.
Rəhim Hüseynov
1984-cü il iyulun 1-də Zərdab rayonunun Gəlmə kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseyi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib. Motoatıcı taqım komandirliyindən tabor komandiri vəzifəsinədək yüksəlib. Çexiya, Almaniya, Macarıstan, Amerika Birləşmiş Ştatları, Türkiyə, Bolqarıstan, Gürcüstan, Bosniya və Herseqovina, Rumıniyada beynəlxalq əhəmiyyətli kurslarda iştirak edib.
İngilis, rus, erməni dillərini mükəmməl bilib.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına qarşı başlayan Vətən müharibəsi zamanı mayor Rəhim Hüseynov komandiri olduğu taborun şəxsi heyəti ilə birlikdə Cəbrayıl, Füzuli və Qubadlı rayonları uğrunda hərbi əməliyyatlarda düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib.
R.Hüseynov 2020-ci il oktyabrın 20-də Qubadlının azad olunması uğrunda döyüşlərdə şəhid olub. O, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Anar Qumaşov
10 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan olan Anar uşaq yaşlarında atasını itirib, nənəsinin himayəsində böyüyüb.
Azərbaycan Ordusunun əsgəri olan Anar Qumaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. Anar Qumaşov 20 oktyabr 2020-ci ildə Xocavənd rayonun azad olunması uğurunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Elyəddin Cəfərov
24 may 1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Elyəddin Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan rayonunun azad olunması uğurunda gedən döyüşlərdə iştirak edib. Elyəddin Cəfərov 20 oktyabr 2020-ci il tarixdə Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olub.
Elyəddin Cəfərov 24 may 1995-ci ildə Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndində anadan olub. Cəfərov Elyəddin Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətən xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Pərviz Həsənov
17.09.1990-cı il tarixdə Beyləqan rayonu Kəbirli kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Həsənov Pərviz 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq vuruşub.
Həsənov Pərviz 20 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Həsənov Pərviz ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, medalları ilə təltif edilib.
Səyyad Ağahüseynli
30 yanvar 2002-ci ildə Cəlilabad rayonunun Qarazəncir kəndində dünyaya göz açıb. Azərbaycan ordusunun əsgəri olan S.Ağahüseynli Qubadlı istiqamətində gedən döyüşlərdə oktyabrın 20-də döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb. Səyyad Ağahüseynli oktyabrın 21-də Cəlilabad rayonunun Qarazəncir kəndində dəfn edilib.
Doğulub boy-başa çatan Qarazəncir kəndində dəfn edilən şəhid Səyyad Ağahüseynli dövlət tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü", Cəbrayılın və Qubadlının azadlığına görə medallara layiq görülüb.
Vüsal Hüseynov
30 yanvar 1991-ci ildə Beyləqan rayonu Qəhramanlı qəsəbəsində dünyaya gəlib. Azərbaycan Ordusunun əsgəri olan Vüsal Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.
Vüsal Hüseynov oktyabrın 20-də Xocavənd rayonunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vüsal Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Vaqif İsmayılzadə
1996-cı il noyabrın 6-da Beyləqan rayonunun Şahsevən kəndində anadan olub. Əslən Cəbrayıl rayonundan idi.
Vaqif İsmayılzadə 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində çalışırdı.
Azərbaycan Ordusunun əsgəri olan Vaqif İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vaqif İsmayılzadə oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonunda dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vaqif İsmayılzadə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Tacir Əhmədov
20.04.2001 tarixində Kürdəmir rayonu Qarabucaq kəndində dünyaya göz açıb. Azərbaycan Ordusunun əsgəri olan Tacir Əhmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tacir Əhmədov oktyabrın 20-də Xocavənd döyüşləri zamanı şəhid olub. Binəqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən “Vətən Müharibəsi Şəhidlərinin Xiyaban Kompleksi”ndə dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Sahil Salmanov
2002-ci il martın 11-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sahil Salmanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Sahil Salmanov oktyabrın 20-də Füzuli döyüşləri zamanı Kürdlər kəndi istiqamətində şəhid olub. Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə əsgər Salmanov Sahil Vüqar oğlu "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medaları ilə təltif edilib.
İmaməddin Hümbətov
5 sentyabr 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Payız kəndində anadan olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan İmaməddin Hümbətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə kəşfiyyatçı-tuşlayıcı kimi iştirak edib.
İmaməddin 2020-ci il, oktyabrın 20-də Xocavənd rayonunun Azıx kəndində gedən əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İmaməddin Hümbətov ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Xocavəndin azad olunmasına görə", “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rahib Hacı-İsmayılov
17 sentyabr 1991-ci ildə Şəkidə anadan olub. Sentyabr ayının 30-dan könüllü olaraq döyüşlərə gedən Rahib Tərtərin Tülkü Dərəsi, Qapanlı, Ballı Qaya istiqamətində gedən şiddətli döyüşlərdə iştirak edib. O, Ağdərənin azadlığı uğrunda gedən ağır döyüşlərdə oktyabrın 20-si qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Tərlan Gülüşov ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Fərhad Fərhadlı
8 dekabr 1993-cü ildə Sumqayıt şəhərində anadan olub
44 günlük Vətən Müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və qarşısına qoyulan vəzifə və tapşırıqları yerinə yetirən zaman, 20 oktyabr 2020-ci il tarixində düşmən üzərinə hücuma keçərkən 3 yaralını xilas edib, 4-cü yaralını çıxararkən şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq sərəncamlara əsasən Fərhad Fərhadlı ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şahəli Şıxıyev
1999-cu il may ayının 1-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Şahəli Şıxıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahəli Şıxıyev oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Şahəli Şıxıyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Vidadi Cabbarov
1997-ci il martın 28-də Lerik rayonunun Piran kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Vidadi Cabbarov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vidadi Cabbarov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərancamına əsasən Vidadi Cabbarov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və " Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Məhəmməd Əmənov
1996-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. Ordu sıralarında gizir kimi xidmət edib. İlk döyüşə 27 sentyabrda Goranboy istiqamətində tank komandiri kim qatılıb. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Məhəmməd Əmənov oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub. Biləsuvar rayonunun Bağbanlar kəndində dəfn edilib.
Vətən qarşısındakı xidmətlərinə görə Əmənov ölümündən sonra Prezident tərəfindən "Qarabağ" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Naibə Məmmədova, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta