Bakı. Trend:
Ərazilərimizin minalarla çirklənməsi insanların həyatını təhdidetməyə davam edən və yenidənqurma işlərinə mane törədən ən aktualməsələlərdən biridir. Bu fikri Milli Məclisin sədri Sahibə Qafarovaİsveçrənin Cenevrə şəhərində Parlamentlərarası İttifaqın 151-ciAssambleyasında keçirilən “Böhran zamanı humanitar normalarınqorunması və humanitar fəaliyyətin dəstəklənməsi” mövzusundamüzakirələrdə çıxışı zamanı ərazilərimizin minalanması haqqındaməlumat verərkən deyib.
Spiker diqqətə çatdırıb ki, işğal illərində Ermənistantərəfindən Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərindəçoxlu sayda minalar yerləşdirilib. Vurğulanıb ki, 2020-ci ildənindiyədək minalardan 400-dən çox azərbaycanlı həlak olub və yayaralanıb. Bu minalar və müharibə qalıqları həm də ətraf mühitəciddi ziyan vurur - torpağı və suyu çirkləndirir, biomüxtəlifliyiməhv edir və münbit torpaqların becərilməsinin qarşısını alır.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, ölkəmiz üçün humanitarminatəmizləmə təkcə təhlükəsizlik tədbiri deyil, həm də ətrafmühitin bərpası aktıdır.
Spiker Sahibə Qafarova çıxışında daha bir humanitar çağırış kimiitkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələyə də diqqət çəkib. Ovurğulayıb ki, münaqişə illərində 4000-ə yaxın azərbaycanlı itkindüşüb və onların ailələri hələ də cavab gözləyir. Bu, təkcə milliağrı deyil, həm də bir çox ölkələrin paylaşdığı universal humanitarnarahatlıqdır.