AZ

“Atletik” “Qarabağ”ı “Yaşa, Azərbaycan!” mahnısı ilə salamladı - VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Atletik” - “Qarabağ” qarşılaşmasından əvvəl ispaniyalılar maraqlı addım atıblar.

İdman.Biz xəbər verir ki, Bilbao təmsilçisi rəsmi “TikTok” səhifəsində “Qarabağ”ı “Yaşa, Azərbaycan!” mahnısı ilə salamlayıb.

Paylaşım azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə sürətlə yayılıb.

Qeyd edək ki, “Atletik” - “Qarabağ” qarşılaşması oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İdman.Biz

Seçilən
37
1
idman.biz

2Mənbələr