Hindistanın baş naziri Narendra Modi bildirib ki, Yeni Dehlinin Sindoor əməliyyatından sonra bir çox ölkələr ''BrahMos'' qanadlı raketlərini əldə etməyə maraq göstərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"''BrahMos'' və ''Akash'' raketləri Sindoor Əməliyyatı zamanı öz effektivliyini nümayiş etdirdi. İnsanların diqqətini cəlb etmək üçün təkcə ''BrahMos'' adı kifayətdir. Bir çox ölkə ''BrahMos'' raketinə maraq göstərir",- deyə o, bildirib.
Modinin sözlərinə görə, Hindistan hər üç silahlı xidmət üçün silah ixrac imkanlarını genişləndirir.
"Biz dünyanın ən böyük silah ixracatçısı olmağı hədəfləyirik", - deyən baş nazir Hindistanın silah ixracının son 11 ildə 30 dəfə artdığını vurğulayıb.