Bakı. Trend:
“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarəHeyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov,“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərilərinin cinayətişi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəİlqar Mustafayev prokurorun suallarını cavablayıb.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsdən idarədəki vəzifəsivə gördüyü iş barədə sual verib.
Təqsirləndirilən bildirib ki, onun vəzifəsi darədə müzakirəolunan qərarların müzakirəsi və qəbulu, olub. İş üzrətəqsirləndirilən Fuad Babayevi tanımır. Hğmin şəxs İdarədə Kommunalİdarənin əməkdaşı olub.
O, qeyd edib ki, Rəşad Bədəlov isə əvvəl İdarədə Kommunalİdarənin əməkdaşı, sonra bir neçə vəzifədə çalışıb. Həmçinin mənimköməkçim də olub. Sonra Reklam Şöbəsinin müdiri olub.
Dövlət ittihamçısının “Bulvar İdarəsində gəmi ilə gəzinti,avtodayancaqlar, kimin tabeliyində idi”? sualına təqsirləndirilənİlqar Mustafayev cavablayarkən bildirib ki, 2022-ci ilədək gəmi ilənəzarət Bulvar İdarəsinə aid olub. Sonra isə “Sahil Xidməti” MMCfiziki şəxsə verilib.
İlqar Mustafayev qeyd edib ki, kommersiya fəaliyyəti ilə məşğulolan şəxslər qeyri büdcə sahəsindən gələn gəlir hesabınamaliyyələşib.
Zərərçəkmiş şəxsin vəkili İsmayıl Kəngərli vəsatət verib.
O, bildirib ki, Hesablama Palatasının yoxlaması ilə təxminən 3milyon 774 min manatlıq “çatışmazlıq” aşkarlanıb. Bir neçə gündənsonra bu məbləğ 12.350.000-a yüksəlib. Daha sonra Vergi Xidmətidaha 1.800.000 əlavə edib. Nə bir sübut, hesablama, nə də burəqəmlərin mənşəyini təsdiq edən bir sənəd ortaya qoyulmayıb.
İsmayıl Kəngərli qeyd edib ki, 8 il ərzində – 2016-cı ildən2024-cü ilə qədər – müvəkkili guya 12 000 000 manat mənimsəyib.Bunun 8.000.000-ı ilk iki ildə, qalan 4.000.000-ı isə sonrakı 6ildə idi. İttihama görə, attraksionlardan, kafelərdən, ticarətobyektlərindən və digər obyektlərdən gələn bütün pullar işçilərzəncirindən keçib və sonda ona çatıb.
Vəkil ekspertiza nəticəsini məhkəməyə təqdim edib və bəzisənədlərin işə əlavə edilməsini məhkəmədən xahiş edib.
Məhkəmə vəsatəti təmin edib.
Proses 3 noyabrda davam etdiriləcək.
Qeyd edək ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsinfəaliyyətinin yoxlanılması ilə bağlı Azərbaycan RespublikasınınHesablama Palatasından daxil olmuş materiallar əsasında Başprokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəaraşdırma aparılıb.
Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin“Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətininsədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov,“GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayətəlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxiletməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrininicarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinintəşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyətsahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pulvəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməkləmənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıqməbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına vəcinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdanartıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu iləmüvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyənolunub.
Toplanmış sübutlar əsasında İlqar Mustafayevə CinayətMəcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməkləmənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu iləəldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdardavergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqlavəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifəsaxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqarMustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidaiaraşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isəistintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündəqətimkan tədbiri seçilib.
İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etməkməqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinəhəbs qoyulub. Eyni zamanda cinayət işindən həmin əməllərintörədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işiayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.