AZ

Sahibkarlar Türkiyənin ən böyük aqrar sərgisinə dəvət olunurlar

3-7 fevral 2026-cı il tarixlərində İzmirdə Türkiyənin ən böyük, Avropanın isə ən nüfuzlu 4 kənd təsərrüfatı sərgisindən biri olan Beynəlxalq AgroExpo Sərgisi (AGROEXPO 2026) keçiriləcək.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məlumatına görə, sərgidə 88 ölkədən 1100-dən çox brend və yüzminlərlə peşəkar iştirak edəcək. Sərgidə kənd təsərrüfatı texnikası, suvarma, istixana texnologiyaları, ekoloji məhsullar və heyvandarlıq sahələrində ən son texnologiyalar nümayiş olunacaq. Tədbir çərçivəsində fermerlər, ixracatçılar, investorlar və sektorun aparıcı şirkətləri arasında B2B görüşlər keçiriləcək.

Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı telefon nömrəsi və ya elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərlər:

Əlaqələndirici şəxs: Aytac Talıblı

Tel: +994 12 465 76 92 / 107

E-mail: [email protected]

Seçilən
72
vergiler.az

1Mənbələr