AZ

Ermənistanda ara qarışdı: Tuthatut BAŞLADI

Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan və şəhər meriyasının yeddi əməkdaşı Anti-Korrupsiya Komitəsində aparılan cinayət işi çərçivəsində saxlanılıblar.

Səhər saatlarında Milli Təhlükəsizlik Xidmətinin və Ermənistan Baş Prokurorluğunun İstintaq Komitəsinin əməkdaşları meriyanın binasına daxil olaraq meri və bir neçə yüksək vəzifəli məmuru həbs ediblər.

Komitənin mətbuat xidmətinin məlumatına görə, Gümrü meri və şəhərin baş memarı ilə bağlı rüşvət faktları üzrə cinayət işləri başlanıb. Vardan Qukasyan və daha 7 nəfər rüşvət almaqda ittiham edilərək həbs edilib.

Müstəntiqlərin fikrincə, mer və meriyanın baş memarı Qaregin Njde küçəsində təxminən 1 500 kvadratmetrlik qanunsuz tikilinin sökülməməsinə razılaşaraq sahibindən təxminən 10 min dollar tələb edib və bu pulu alıblar. Yerin sahibi “Fabrika” dükanlar şəbəkəsinin rəhbəri, biznesmen Sevak Qomtsyandır.

2025-ci ilin aprelində Gümrü şəhərinin meri seçilən Vardan Qukasyan hazırkı hakimiyyətə qarşı müxalif mövqeyi ilə tanınır. O, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətini ölkəni “Türkiyənin vilayətinə” çevirməyə çalışmaqda ittiham edib.

Qeyd edək ki, Kommunist Partiyasından namizəd kimi seçkilərə qatılan Vardan Qukasyanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının namizədini məğlub etməsi Nikol Paşinyan hökuməti üçün ciddi narahatlıq yaradan siyasi siqnal kimi qarşılamışdı. 

Çünki Ermənistan rəhbərliyi bu presedentin 2026-cı ilin iyun ayında daha keçiriləcək parlament seçkilərində daha geniş miqyasda təkrarlana biləcəyindən ehtiyat edir. Gümrü kimi böyük bir vilayətdə Paşinyanın kommunistlərə məğlub olması həmin bölgədə əhalinin hakimiyyətdən narazı olmasından xəbər verir. 

İkincisi, Kommunist Partiyasının qələbəsi Rusiyanın maraqlarına cavab verir. Ona görə də son illər keçmiş SSRİ-nin bərpası strategiyasını həyata keçirməyə çalışan Rusiya bu amildən Qərbyönümlü Nikol Paşinyan hakimiyyətini devirmək və Ermənistanı yenidən özünü siyasi tabeliyinə qaytarmaq üçün istifadə edə bilərdi.

Vardan Qukasyanın seçkilərdə Rusiyanın Paşinyana qarşı alternativ namizədi olacağına dair rəylərin meydana çıxması da buradan qaynaqlanır. Qeyd edək ki, Gümrüdə Rusiya hərbi bazasının yerləşdiyinə görə bu bölgədə Kremlin siyasi təsir imkanları yüksəkdir.

Yəqin bu səbəbdən Vardan Qukasyan mer seçildikdən dərhal sonra baş nazirliyə iddiasını səsləndirməyə balşadı. Hətta Qukasyan baş nazir seçiləcəyi təqdirdə, Ermənistanı Rusiya-Belarus İttifaq dövlətinə daxil edəcəyinə dair açıqlama verdi.

Təbii ki, kommunist merin bu mesajı Rusiyaya ünvanlanmışdı. Vardan Qukasyan Moskvadan hakimiyyətə gəlməkdə ona dəstək verməyi təklif edir və bunun  müqabilində Ermənistanı Rusiya ilə birləşdirməyə hazır olduğunu gizlətmir. Ona görə də Qukasyan yalnız Nikol Paşinyan hakimiyyəti üçün deyil, bütövlükdə Ermənistan üçün potensial təhlükə hesab edilirdi.

Çox güman ki, onun həbsi də daha çox siyasi səbəblərlə bağlıdır. Artıq Gümrüdə siyasi qarşıdurma başlanıb. Vardan Qukasyan Gümrü sakinlərini şəhərin müdafiəsi üçün ayağa qalxmağa çağırıb. 

“Dövlət Gümrünün müstəqilliyini pozmamalıdır. Biz gümrülülər meri seçmək və qorumaq haqqımızı müdafiə etməyə borcluyuq. Bizə qoşulun, danışın, susmayın. Gümrünün gücü onun xalqındadır”, - deyə Vardan Qukasyan saxlanılmazdan öncə özünün “Facebook” səhifəsində paylaşım edib.

Merin saxlanılmasından sonra Gümrüdə vəziyyət ağır olaraq qalır. Meriyanın binası qarşsında təhlükəsizlik qüvvələri ilə sakinlər arasında qarşıdurma baş verib. Binanın önünü etirazçılar bağladığına görə Qukasyanı və digər saxlanılanları arxa qapıdan çıxararaq aparıblar. 

Vardan Qukasyana qarşı yönəlmiş ittihamlar isə Nikol Paşinyanın Rusiyayönümlü qüvvələri Ermənistanın ikinci böyük şəhərinin rəhbərliyindən uzaqlaşdırmaq planından xəbər verir.

Xatırladaq ki, oktyabrın 1-də Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrüdə keçirilən seçkilərin nəticələri ilə bağlı problem olduğunu bəyan edib:

“Orada rüşvət hallarının olduğunu bilirik. Gələcəkdə belə halların qarşısını almaq üçün mexanizmlərimiz olmalıdır”.

O, Qukasyanı seçiciləri pulla ələ almaqda ittiham edib. Yəni Paşinyan nəticələri şübhə altına almaqla Gümrüdə növbədənkənar seçkilərin keçirilməsi məsələsini gündəmə gətirmək məqsədi daşıyır. 

Seçilən
80
cebheinfo.az

1Mənbələr