ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Kanada Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi həbs qərarına hörmət edir: İsrail Baş naziri Benyamin Netanyahu ölkəmizə gələrsə, həbs olunacaq”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Kanadanın Baş naziri Mark Karni bildirib.
“Beynəlxalq Cinayət Məhkəməsi Netanyahunun, sabiq müdafiə naziri Yoav Qallantın, həmçinin Qərb tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS hərəkatının hərbi lideri Məhəmməd Deifin həbsinə order verib.
BCM iddia edir ki, Netanyahu–Qallant tandemi aclığı silah kimi istifadə etmək, qətllər, təqiblər və digər qeyri-insani əməllərə görə cinayət məsuliyyəti daşıyır”, – o qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.