AZ

BDU məzunu, Nobel Sülh mükafatçısı Bəxtiyar Siracov tələbələrlə görüşüb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 20 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin məzunu, Nobel Sülh mükafatçısı Bəxtiyar Siracovla görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Bəxtiyar Siracov tələbəlik illərindən tutmuş Beynəlxalq Atom Enerjisi Agentliyindəki fəaliyyətinədək keçdiyi yol barədə ətraflı məlumat verib, elmin inkişafına gənclərin töhfəsinin vacibliyini vurğulayıb. O, bilik və təcrübələrindən bəhrələndiyi Azərbaycan alimlərini minnətdarlıqla yad edib, onların yetirmələrinin bu gün dünyanın nüfuzlu universitetlərində, elm mərkəzlərində çalışdığını fəxrlə bildirib.

Qeyd olunub ki, 2005-ci ildə Norveç Sülh Komitəsinin qərarı ilə Beynəlxalq Atom Enerjisi Agentliyi və onun baş direktoru Məhəmməd əl-Baradei nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinin qarşısının alınmasında və nüvə enerjisindən dinc məqsədlər üçün təhlükəsiz şəkildə istifadə edilməsinin təmin edilməsində göstəridikləri xidmətlərə görə Nobel Sülh Mükafatına layiq görülüb. Bəxtiyar Siracov da Beynəlxalq Atom Enerjisi Agentliyində çalışan digər əməkdaşlarla bərabər Nobel Sülh Mükafatını alanlar sırasındadır.

Sonra Bəxtiyar Siracov tələbələrin suallarını cavablandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
azertag.az

1Mənbələr