AZ

Vergi ödəyiciləri transfer qiymətləri sahəsində məlumatlandırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) transfer qiymətləri sahəsində sənədləşmə öhdəliyi olan 20-dən çox vergi ödəyicisinin nümayəndələri ilə məlumatlandırıcı görüş keçirib.

DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi transfer qiymətləri üzrə əməletmə səviyyəsinin artırılması və mövcud qanunvericiliyin tələblərinin izahından ibarət olub.

Tədbirdə transfer qiymətləri üsullarının qabaqcadan müəyyən edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulan hüquqlar iştirakçıların diqqətinə çatdırılıb. Görüş zamanı vergi ödəyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.

Seçilən
82
vergiler.az

1Mənbələr