"Barselona" rəhbərliyi "Marsel"in hücumçusu Meyson Qrinvudla maraqlanır.

Offsideplus.az xəbər verir ki, katalon klubunun skautları "Marsel" - "Havr" (6:2) matçında onu izləyiblər.

Bu görüşdə Qrinvud poker edib.

Bu barədə "TBR Football" portalı məlumat yayıb.

Onun Fransa klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.

İki mövsümdür burada çıxış edən 24 yaşlı futbolçu 46 oyunda 29 qol vurmağı bacarıb.