AZ

Türkiyə dini geyimə görə şəxsə hökm oxundu: “Hellouin” üçün kostyum aldığını deyib

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə 17 oktyabrda Sıhhiye–Çayyolu metro xəttində qeydə alınıb. Vətəndaşlar qara burkalı bir kişinin metroda dolaşdığını görərək hüquq-mühafizə orqanlarına məlumat veriblər. Polis təhlükəsizlik kameralarının köməyi ilə həmin şəxsi müəyyən edib və dərhal saxlayıb. Prokurorluğa ifadəsində U.C.G. ODTÜ Fizika fakültəsinin tələbəsi olduğunu bildirib. Onun sözlərinə görə, həmin gün “Hellouin” gecəsi üçün kostyum almaq məqsədilə Ulusda yerləşən mağazalardan birindən burqa və kofta alıb:
“Çarşafı necə geyinəcəyimi bilmədiyim üçün mağazada geyindim, mənə kömək etdilər. Satıcı niyə aldığımı soruşduqda ‘sosial eksperiment’ dedim”, – deyə U.C.G. bildirib. O əlavə edib ki, metro ilə universitetə qayıtdıqdan sonra çarşafı çıxarıb, axşam isə təntənəli Hellouin tədbirində yenidən geyinib:
“Mən də digər iştirakçılar kimi geyindim. Səhnəyə çıxıb müsabiqədə iştirak etdim, amma bir az sərxoş idim, səhnədə nə dediyimi dəqiq xatırlamıram”, – deyə ifadəsində qeyd edib. İlk dinləmədən sonra məhkəmə U.C.G.-ni şərti olaraq azadlığa buraxıb. Hadisə Türkiyədə sosial mediada ciddi rezonansa səbəb olub. Начало формы Конец формы

 

Seçilən
146
Ajans.az

1Mənbələr