Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) iləBöyük Britaniyanın Vergi və Gömrük Administrasiyası iarasında vergiməlumatlarının mübadiləsi və risk əsaslı yanaşmalarıntəkmilləşdirilməsi məsələləri müzakirə edilib.
Trend bubarədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində(DVX) Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC)nümayəndə heyəti ilə görüş keçirilib. Səfər “Sərhədsiz VergiMüfəttişləri” layihəsi çərçivəsində baş tutub.
DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsitərəfindən təşkil olunmuş görüşdə yerli vergi orqanlarınınnümayəndələri də iştirak ediblər. Tədbirdə vergi tətbiqi vənəzarəti sahəsində praktiki məsələlər, qlobal vergi siyasətinəuyğunluğun təmin olunmasına yönəlmiş strategiyalar, eləcə də vergiməlumatlarının mübadiləsi və risk əsaslı yanaşmalarıntəkmilləşdirilməsi məsələləri müzakirə edilib.
“Sərhədsiz Vergi Müfəttişləri” layihəsi vergi inzibatçılığısahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmətedir.
Layihə çərçivəsində ölkələr arasında vergi idarəçiliyitəcrübələrinin mübadiləsi, birgə təlimlərin təşkili, qabaqcılmetodologiyaların tətbiqi, vergi prosedurlarının inteqrasiyası vəbeynəlxalq vergi standartlarının reallaşdırılması üçün praktikfəaliyyətlər həyata keçirilir.