AZ

Hizbullah silahlı qrupları Livanda öz infrastrukturlarını "yenidən qurmaq cəhdlərini davam etdirirlər"

İsrail ordusu Livanın cənubuna, respublikanın cənubundakı Nəbatih şəhəri ərazisində Hizbullahın hərbi infrastrukturunu hədəf alaraq hücuma keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

İsrail ordusu bildirib ki, Hizbullah silahlı qrupları Livanda öz infrastrukturlarını "yenidən qurmağa cəhd etməyə" davam edir.

İsrail hesab edir ki, bununla Hizbullah Livanın cənubunda atəşkəs razılaşmasını pozur.

"İsrail Müdafiə Qüvvələri hər hansı təhlükənin qarşısını almaq və İsrail dövlətini qorumaq üçün tədbirlər görməyə davam edəcək", - hərbçilər bildirib.

Seçilən
60
operativmm.az

1Mənbələr