ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hindistan Rusiyadan neft idxalını dayandırmasa, ona qarşı çox böyük məbləğdə rüsumlar saxlanılacaq.
Bu informasiyanı Interfax.ru portalı yayıb.
Tramp Florida ştatından Vaşinqtona uçarkən təyyarədə jurnalistlərə deyib:
"Hindistanın Baş naziri Modi ilə danışdım və o, Rusiya nefti ilə əl-qolunu bağlamaq istəmədiyini söylədi.
Əgər onlar bu barədə (Rusiyadan neft satın alınmasını davam etdirmək - red.) danışmaq istəyirlərsə, onda sadəcə çox böyük məbləğdə rüsumlar ödəməli olacaqlar, halbuki onlar bunu etmək istəmirlər".
Donald Tramp ötən həftə bəyan etmişdi ki, Hindistan lideri Narendra Modi ilə Rusiya nefti ilə bağlı məsələni müzakirə edib. Modi onu inandırıb ki, Hindistan Rusiyadan neft almayacaq.