AZ

Polşa öz hava məkanını Putinə açmaq istəmir – “Serbiya üzərindən uçsun”

Putin və Trampın Macarıstanda potensial görüşü qonşuları üçün problemlər yaradır, çünki Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışda olan Putinin onların ərazisi üzərindən uçması üçün icazə tələb oluna bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RFM24 məlumat yayıb.

Adı açıqlanmayan avropalı diplomat Polşa nəşrinə deyib ki, istənilən qərar pis olacaq: imtina Trampı qəzəbləndirəcək, razılıq isə müharibə cinayətkarına güzəşt demək olacaq.

Polşada Putinin onların hava məkanı üzərindən uçacağına inanmırlar.

“Düşünürəm ki, Polşa üzərindən uçmağa ehtiyac yoxdur, Serbiyadan üzərindən uçmaq olar. Onun Polşa üzərindən uçmaq istəyəcəyinə şübhə edirəm”, – deyə yüksək rütbəli vəzifəli polyak diplomat istehza ilə bildirib.

Xatirə SADİQ

Seçilən
12
nocomment.az

1Mənbələr