AZ

Rusiyada yeni qərar: liftdə cinsi əlaqəyə girənlər həbs olunacaq

Musavat.com xəbər verir ki, Rusiyada yeni qərar sosial şəbəkələrdə və hüquq dairələrində ironiya ilə qarşılanıb: artıq liftdə cinsi əlaqəyə görə 15 sutkayadək inzibati həbs tətbiq ediləcək.

Qanuna əsasən, belə “emosional hərəkətlər" xırda xuliqanlıq sayılır və 1500 rubladək cərimə ilə nəticələnir. Lakin hadisə videoya çəkilərsə və ya qonşular şikayət edərsə, cəza avtomatik olaraq həbsə çevrilir.

Hüquqşünasların sözlərinə görə, rus vətəndaşlar liftdə deyil, daha çox pilləkən meydançalarında “romantik görüşlərə” üstünlük verirlər. Amma qanunvericilik bu məkanı da “ictimai yer” kimi tanıyır — yəni nəticə eyni: 15 sutka romantika fasiləsi.

Bütün bunlar isə “Xüsusi Hərbi Əməliyyat”ın davam etdiyi, ölkənin iqtisadi və siyasi böhran içində olduğu bir vaxtda baş verir. Başqa sözlə, tanklar Ukraynaya gedir, amma liftlərdə “əxlaq səfərbərliyi” elan olunur.

Maraqlıdır, Kreml növbəti mərhələdə “mətbəxdə öpüşməyə görə” də sərhəd qoyacaqmı?..

Musavat.com

Seçilən
114
50
musavat.com

10Mənbələr