Luvrdan qiymətli zinət əşyaları oğurlanıb.
QHT.az xəbər verir ki, oktyabrın 19-da naməlum şəxslər Luvrdakı Apollon Qalereyasına soxularaq səkkiz qiymətli zinət əşyasını oğurlayıb. Oğurlananlar arasında İmperator Yevgeniyaya məxsus böyük yay formalı broş, diadem, həmçinin Kraliça Mari-Amélie və Kraliça Hortense kolleksiyasına aid tiaralar, boyunbağı və sırğalar var. Oğurluq zamanı dörd nəfər iştirak edib, onlardan ikisi muzey işçisi kimi sarı jilet geyinib, digərləri isə qaçış üçün skuterlərdən istifadə edib. Oğurlanan doqquz daş-qaşdan ikisi artıq tapılıb.
Bu zinət əşyaları arasında İmperator Yevgeniyaya aid broş 1852–1870-ci illər arasında gümüş, qızıl və almazdan hazırlanmış və İkinci İmperiyanın ən tanınan zərgərlik əşyalarından biri hesab olunur.
R.İmanov