AZ

Arda Gülər və Mbappe tandemi parlamağa davam edir

“Real Madrid”in gənc ulduzu Arda Gülər “Xetafe” ilə matçda da fərqlənib.

Fanat.Az xəbər verir ki, oyuna 65-ci dəqiqədə daxil olan türkiyəli futbolçu Mbappeyə asist edərək komandasının qələbəsində mühüm rol oynayıb.

Bu, Arda və Mbappe tandeminin məhsuldar oyununun davamı olub. Onların son qarşılaşmalardakı statistikası isə heyranedicidir:

  • "Levante": Asist – Arda Güler | Qol – Mbappe
  • "Real Sosyedad": Qol – Arda Güler | Asist – Mbappe
  • "Real Oviedo": Qol – Mbappe | Asist – Arda Güler
  • "Atletiko Madrid": Asist – Arda Güler | Qol – Mbappe
  • "Kayrat Almatı": Asist – Arda Güler | Qol – Mbappe
  • "Xetafe": Asist – Arda Güler | Qol – Mbappe

Hər iki futbolçu Xabi Alonsonun güvənini doğrultmaqda davam etməkdədir.

Kamil Xudiyev

 

Seçilən
87
1
fanat.az

2Mənbələr