“Red Bull” komandası 50 min avro cərimələnib.
Publika.az xəbər verir ki, komanda əməkdaşı ABŞ Qran-Prisinin isinmə dövründə startın ikinci mövqesindəki qapalı zonaya daxil olub. Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) mətbuat xidməti məlumat yayıb.
Qərarda qeyd olunur ki, əməkdaş marşallardan gələn xəbərdarlıqlara reaksiya verməyib. O, bunu izah edib ki, marşalların onu dayandırmaq istədiyini anlamayıb.
Qran-prini “Red Bull”un hollandiyalı sürücüsü Maks Ferstappen qazanıb, ikinci yerə britaniyalı Landо Norris (“McLaren”), üçüncü yerə isə Monakodan Şarl Lekler (“Ferrari”) yüksəlib.