AZ

Kallas: “Onun Avropa paytaxtına gəlməsi qəbuledilməzdir”

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Rusiya prezidenti Vladimir Putinin Budapeştə səfər etməyi planlaşdırmasını tənqid edib.

Musavat.com xəbər verir ki, o, Putinin ABŞ prezidenti Donald Tramp ilə görüşmək üçün Macarıstan paytaxtına gələcəyinin “narahatedici” olduğunu bildirib.

“Budapeşt məsələsinə gəlincə, bəli, bu, xoşagələn deyil. Beynəlxalq Cinayət Məhkəməsinin haqqında həbs orderi çıxardığı bir şəxsin Avropa ölkəsinə gəlməsi qəbulolunmazdır”, - deyə Kallas qeyd edib.

Kaya Kallas bu fikirləri Lüksemburqda keçirilən Avropa İttifaqı xarici işlər nazirlərinin iclası öncəsi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, əsas məsələ görüşün nəticə verib-verməyəcəyidir:

“ABŞ-ın Rusiyanı danışıqlar masasına əyləşdirmək üçün çoxlu vasitələri var. Əgər bundan səmərəli istifadə etsə, müharibənin bitməsi baxımından bu, müsbət addım olar”.

Putinin mümkün səfəri ilə bağlı narahatlıqlarını Litva və Finlandiyanın xarici işlər nazirləri də ifadə ediblər.

Xatırladaq ki, Donald Tramp 16 oktyabrda Vladimir Putinlə telefon danışığından sonra Budapeştdə görüşmək niyyətində olduğunu açıqlayıb. Macarıstanın baş naziri Viktor Orban isə hər iki lideri qəbul etməyə hazır olduğunu bəyan edib. Macarıstan bu ilin yazında Beynəlxalq Cinayət Məhkəməsindən çıxmaq proseduruna başlayıb.

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr