AZ

Füzulidə doğuş zamanı uşaq ölüb

BAKI, 20 oktyabr. TELEQRAF

Füzulidə doğuş zamanı uşaq ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, rayonun İkinci Qayıdış qəsəbə sakini, 1997-ci il təvəllüdlü Mehtizadə Nərmin Qəhrəman qızının ağrıları olduğundan yaxınları onu Füzuli Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, aparılan müayinələr zamanı hamiləliyin 7 ay yarım olması və doğulacaq qız uşağın ana bətnində ölü olduğundan dölün ana bətnindən xaric olunması qərarı verilib.

Hazırda ananın səhəti vəziyyətə uyğun qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
14
teleqraf.com

10Mənbələr