AZ

Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır

20 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə avtomobil lizinqi şirkəti "Legion Financial” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: "Legion Financial” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2004025469

İstiqrazların növü və forması:  İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı

Ticarət üsulu/forması: Kütləvi / Birqəymətli hərrac

İstiqrazların sayı:  1000 ədəd

İlkin ticarət qiyməti:  1000 manat

İstiqrazların buraxılış həcmi: 1000 000 manat

İllik gəlirlilik faizi: 16.5%

Ödəmə Periodu: İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir 

Tədavül müddəti: 5 il

Ticarətə buraxılma tarixi: Emitent tərəfindən bildiriləcək

Anderrayter: “Unicapital İ.Ş.” ASC

Seçilən
74
1
marja.az

2Mənbələr