İtaliyanın “Yuventus” klubu müdafiəçi Daniele Ruqaninin müqaviləsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, 31 yaşlı futbolçu 30 iyun 2028-ci ilə qədər Turin təmsilçisinin heyətində qalacaq.
Qeyd edək ki, Ruqani 2013-cü ilin yayında “Empoli”dən “Yuventus”a keçib və bu mövsüm 4 rəsmi oyunda meydana çıxıb.