Qohumlar arasında mubahisə qanla nəticələnib.
Xezerxeber.az-ın məlumatına görə, Xaçmazda kişi güllələnərək öldürülüb.
Rayon prokurorluğundan verilən məlumata görə, dünən saat 19 radələrində Xaçmaz rayonu ərazisində 44 yaşlı Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 37 yaşlı Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, şübhəli şəxs tüfəngini götürərək evin damına çıxıb və oradan atəş açıb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.