AZ

İsrail atəşkəsə baxmayaraq Qəzzəyə 153 ton bomba atıb

Netanyahu: Atəşkəs HƏMAS-ı vurmaq üçün bizə əngəl ola bilməz...

Poliqon xəbər verir ki, “Le Monde”un məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu bazar günü atəşkəs rejiminə baxmayaraq Qəzza zolağına 153 ton bomba atıldığını bildirib. Onun sözlərinə görə, İsrail ordusu Qəzzanın müxtəlif bölgələrində onlarla hədəfi vurub və çoxsaylı terrorçunu, o cümlədən yüksək rütbəli HƏMAS komandirlərini zərərsizləşdirib.

Netanyahu bu zərbələrin iki israilli əsgərin ölümünə cavab olaraq endirildiyini deyib. Həmin əsgərlər Rafah şəhəri yaxınlığında baş verən partlayış nəticəsində həlak olublar. İsrail ordusu hadisəyə görə məsuliyyəti HƏMAS-ın üzərinə qoyub.

“Atəşkəs HƏMAS üçün bizə təhdid yaratmağa icazə deyil”, baş nazir vurğulayıb.

İsrail ordusu bazar günü Rafah ətrafında iki hərbçisinin həlak olduğunu elan etdikdən sonra Qəzzənin bütün ərazisinə hava zərbələri endirib. Günün sonunda ordu atəşkəs rejiminə yenidən əməl olunacağını bəyan edib.

Qəzzanın Mülki Müdafiə Xidməti isə israilli hücumlar nəticəsində azı 45 nəfərin həlak olduğunu, onların arasında dinc sakinlər və bir jurnalistin də olduğunu açıqlayıb. Bu hadisə 10 oktyabrda atəşkəs qüvvəyə mindikdən sonra baş verən ən genişmiqyaslı zorakılıq aktı hesab olunur.

HƏMAS isə İsrailin ittihamlarını rədd edərək, atəşkəs razılaşmasına “tam sadiq qaldığını” bəyan edib.

Poliqon.info

Seçilən
68
poliqon.info

1Mənbələr