AZ

Bolqarıstan Putinin Budapeştə səfəri üçün hava dəhlizini açmağa HAZIRDIR

Bolqarıstan Putinin Budapeştə səfəri üçün hava dəhlizini açmağa hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə Bolqarıstanın xarici işlər naziri Geor Georqiyev məlumat verib.

Nazir bildirib ki, ölkə Rusiya prezidenti Vladimir Putinin təyyarəsi üçün hava koridoru açmağa hazırdır.

Putinin Budapeştə səfəri çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşü planlaşdırılıb.

Nazirin sözlərinə görə, Bolqarıstanın bu addımı regionda diplomatik münasibətlərin təşviqi və təhlükəsiz uçuşların təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Putinin Trampla görüşü Avropa və ABŞ arasında strateji məsələlərin müzakirəsi üçün nəzərdə tutulub və hava dəhlizlərinin təmin olunması səfərin təhlükəsizliyinin vacib şərtlərindən biridir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
44
interpress.az

1Mənbələr