Hacıqabulun Meyniman kəndində 23 yaşlı oğlan ilə 16 yaşlı qızın planlaşdırılan toy mərasimi dayandırılıb.
Xezerxeber.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məlumat daxil olan kimi tədbirlər görülüb.
Erkən nikaha cəlb olunan Sabirabad rayonunun Qarağac kənd sakini, 16 yaşlı qızın ailəsinə baş çəkdik.
Qız evi hər şeyi inkar etsə də, oğlan evində başqa mənzərə ilə üzləşdik. Toy mərasimi ötən gün keçirilsə də, toyun izləri - qab-qaşıq, ocaqda qazan və sair gözümüzdən yayınmadı. Elə toyu olan bəyin anası da olanları təsdiq etdi.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində hüquqi məsuliyyət tədbirləri görülür.
Hər iki ailə nəzarətdə saxlanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.