AZ

Zelenski liderlərlə görüşmək üçün Londona səfər edəcək

Zelenski liderlərlə görüşmək üçün Londona səfər edəcək

Ukrayna prezidenti Vladimir Zelenski “İstəklilər koalisiyası”nın oktyabrın 24-də keçiriləcək iclasında şəxsən iştirak edəcək.

AFN.az xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Fransa prezidenti Emmanuel Makron koalisiyanın yeni iclasının oktyabrın 24-ü cümə günü keçiriləcəyini açıqlayıb.

Zelenskinin də danışıqlarda iştirak etmək üçün Londona gedəcəyi bildirilir.

Xatırladaq ki, ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşüb. Danışıqların əsas mövzularından biri də Ukraynaya uzaqmənzilli “Tomahavk” raketlərinin tədarükü imkanları olub. Tramp hələlik bu silahların ötürülməsinə razılıq verməyib.

Görüşdən dərhal sonra Ukrayna lideri Avropa liderlərinə zəng edib. O, onlara Trampla Ukraynanın təhlükəsizlik təminatlarını müzakirə etdiyini və bu məsələdə əsas tərəfdaşın “qərarlılar koalisiyası” olduğunu deyib.

Seçilən
110
afn.az

1Mənbələr