AZ

Norveç klubundan İstanbula gedən azarkeşlərinə xəbərdarlıq: Orada Qalatasaray fanatları olur, getməyin

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

UEFA Çempionlar Liqasında çərşənbə günü İstanbulda "Qalatasaray"la qarşılaşmaya çıxacaq Norveçin "Bodo/Glimt" klubunun rəhbərliyi azarkeşlərinə xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klub rəhbərliyi İstanbula matç üçün gedən tərəfdarlarına xüsusiylə Taksim meydanından uzaq durmalarını tələb edib.

Klubdan bildirilib ki, həmin ərazidə "Qalatasaray" fanatlaır çox olur və bu, xoşagəlməz hadisələrə səbəb ola bilər: "Taksim meydanından uzaq durun, o ərazi "Qalatasaray" azarkeşləri ilə dolu olacaq, getməyin".

Klub rəhbərliyi tərəfdarlarından metroya da minməməyi istəyib: "Stadiona bir yerdə - Sultan Əhməd meydanındakı xüsusi ayrılacaq avtobuslarla matça 4 saat qalımş gedin. Matçın başlanmasına 3 saat qalmış stadionun qapıları açılacaq, yoldakı tıxacları da nəzərə alaraq bir saat tez gəlməkdə fayda var!"

Qeyd edək ki, oyun saat 20.45-də başlayacaq.

Fərid ASLAN

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
mia.az

1Mənbələr