Abşeron rayonunun Saray qəsəbəsində fəhlənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Xezerxeber.az-ın məlumatına görə, Bakı şəhər sakini, 47 yaşlı Ramin Mehdiyev qəbiristanlıqda yerüstü abadlıq işləri görərkən elektrik naqillərinə toxunub.
Nəticədə onu güclü elektrik cərəyanı vurub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılsa da, Ramin Mehdiyevin həyatını xilas etmək mümkün olmayıb. O, hadisə yerində dünyasını dəyişib.
Hazırda hadisə ilə bağlı ekspertiza təyin edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.