“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının oyunçuları arasında driblinq göstəricisi baxımından ən aşağı nəticəyə malikdir.
90deqiqe.Az “WhoScored”a istinadən xəbər verir ki,10 və daha çox driblinq cəhdi edən oyunçular arasında Salahın uğurlu driblinqlərinin faizi 10% təşkil edir. Bu, mövsümün ən zəif göstəricisidir.
2025/2026 mövsümündə Salah 8 Premyer Liqa matçında iştirak edib, iki qol vurub və iki məhsuldar ötürmə edib. 8-ci turda “Mançester Yunayted”lə görüşdə (1:2) o, 85 dəqiqə meydanda olub.
Premyer Liqa cədvəlində “Liverpul” 15 xalla 3-cü pillədə, lider “Arsenal”dan 4 xal geri qalır.