ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ölkəsi elə silahlara malikdir ki, onların mövcudluğundan “çoxları xəbərsizdir”.
Editor.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
“Bizim elə silahlarımız var ki, bir çoxları onların mövcudluğundan belə xəbərsizdir. Biz hərbi sahələrin hamısında Çindən irəlidəyik, yalnız gəmiqayırmada geridəyik, amma yaxın vaxtlarda onları da keçəcəyik”, — deyə Tramp Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.
Prezident əlavə edib ki, ABŞ-ın müdafiə gücü daim artır və ölkə hərbi texnologiyalar sahəsində lider mövqeyini qoruyur.
//Samir Qurbanov, Editor.az
 
                        