AZ

Evlərə qaz sayğacı quraşdırmaq adı ilə külli miqdarda pul mənimsənilibVİDEO

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsinin bir qrup sakininin evlərinə qaz sayğacı quraşdırılması adı ilə aldadıldıqları iddia edilir. Xezerxeber.az-ın məlumatına görə, qonşular birləşib öz vəsaitləri hesabına yaşadıqları məhəlləyə qaz xətti çəkdiriblər.

Ancaq evə qaz sayğacı quraşdırmaq istəyəndə dələduzluqla üzləşiblər.

"Xəzər Xəbər"ə müraciət edən Rəşid Cabbarov deyir ki, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsində baş verib.

Dediyinə görə, yaşadığı evə qaz sayğacı quraşdırmaq üçün vasitəçi ilə tapdığı Fuad Səfərov adlı şəxsə 1000 manat pul verib. Ancaq 5 aydır ki, ortada nə sayğac var, nə də pul geri qaytarılır. 

Rəşid Cabbarov pulu həmin şəxsin bank kartına köçürdüyünü deyib və qəbzləri göstərib. Həmçinin bildirib ki, o tək deyil, eyni adam qaz sayğacı quraşdırmaq adı ilə digər şəxsləri də aldadıb.

Şikayətçilərin haqqında danışdığı Fuad Səfərovla biz də əlaqə saxladıq, lakin konkret cavab ala bilmədik.

Zərərçəkənlər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına da müraciət edəcəklərini bildiriblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
102
1
xezerxeber.az

2Mənbələr