Çin Tibet yaylasında Manhettendən beş dəfə böyük günəş parkı qurub.
İnterpress.az xəbər verir ki, Çin Tibet yaylasında bərpa olunan enerji istehsalını artırmaq məqsədilə nəhəng günəş batareyaları kompleksi inşa edib.
Layihənin sahəsi Manhettendən beş dəfə böyükdür və ölkənin dünyanın aparıcı yaşıl enerji ixracatçısına çevrilməsi strategiyasının bir hissəsidir.
Dəniz səviyyəsindən 3 min metr yüksəklikdə yerləşən yaylada parlaq günəş və aşağı temperatur elektrik enerjisi istehsalı üçün əlverişli şərait yaradır.
Burada həmçinin külək turbinləri və hidroelektrik stansiyalar da fəaliyyət göstərir.
Tibetdəki “Talan” Günəş Parkı 420 kvadrat kilometr sahəni əhatə edir və 16 930 meqavat gücə malikdir.
Çin layihəni genişləndirərək növbəti üç ildə parkın sahəsini Manhettendən 10 dəfə böyük ölçüyə çatdırmağı planlaşdırır.
Xuraman Etibarlı
İnterpress.az