AZ

Tramp Çinlə ədalətli ticarət sövdələşməsinə ümid edir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Koreya Respublikasında keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Çin lideri Si Cinpinlə görüşündə ədalətli ticarət sövdələşməsi əldə edəcəklərinə ümid etdiyini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə o, Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albaneze ilə görüşünün əvvəlində jurnalistlərə açıqlamasında bildirib.

Tramp qeyd edib ki, ABŞ daha əvvəl Avropa İttifaqı və Yaponiya ilə əlverişli ticarət sazişləri üzrə danışıqlar aparıb. "Sədr Si Cinpinlə görüşəcəyim Cənubi Koreya ilə də çox ədalətli razılaşma əldə etdik. İndi isə gözləyirəm ki, Sədr Si Cinpin ilə çox ədalətli razılaşma əldə edəcəyik", - Amerika lideri deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
icma.az

1Mənbələr