Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrənin Cenevrəşəhərində keçirilən Parlamentlərarası İttifaqın 151-ci Assambleyasıçərçivəsində Namibiya Milli Assambleyasının sədri Saara Kuugongelvavə Bosniya və Herseqovina Parlament Assambleyası NümayəndələrPalatasının sədri Denis Zvizdic ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindənTrend-ə verilənməlumata görə, görüşlərdə belə mühüm beynəlxalq tədbirlərin birsıra qlobal problemlərin müzakirəsi və effektiv həlli yolları iləbağlı təkliflərin irəli sürülməsi, həmçinin, ikitərəfli əlaqələrinnəzərdən keçirilməsi üçün yaxşı platforma olduğu qeyd edilib.
Söhbətlər zamanı beynəlxalq parlament təşkilatlarındaəməkdaşlığın əhəmiyyəti qeyd olunub. Xüsusilə, Prezident İlhamƏliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatının ParlamentŞəbəkəsinin fəaliyyəti yüksək qiymətləndirilərək, təşkilatıninstitusional inkişafı və beynəlxalq nüfuzunun artırılmasıistiqamətində görülən işlər qeyd olunub.
Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.