Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, görüş zamanı ali təhsil müəssisəsində tədrisin beynəlxalq standartlar səviyyəsində, həmçinin ingilis dilində aparılmasının tələbələr üçün mühüm imkanlar yaratdığı vurğulanıb. Erol Özvar və Emin Əmrullayev tələbələrin dərsləri ilə maraqlanıb, onların suallarını cavablandırıblar.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə TAU-ya 92 tələbə qəbul olunub.
Dünyanın ilk "çətir universitet" modeli olan TAU-da tədris tərəfdaş universitetlərin müvafiq ixtisas proqramlarına (kompüter mühəndisliyi - ODTU, sənaye mühəndisliyi - İTU, qida mühəndisliyi - HU) uyğun olaraq ingilis dilində aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31