AZ

“Traktor” Çempionlar Liqasında darmadağına sevindi

BAKI, 20 oktyabr. TELEQRAF

Cənubi Azərbaycanın "Traktor" klubu Asiya Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Təbriz təmsilçisi III tur matçında səfərdə Birləşmiş Ərəb Əmirliyinin "Əl-Şarja" klubu ilə qarşılaşıb.

Görüş İran çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Traktor" hazırda 5 xalla turnir cədvəlində 3-cü sırasında qərarlaşıb.

Seçilən
111
2
teleqraf.com

4Mənbələr