AZ

Qara Dəniz regionunda sülh və təhlükəsizlik inkişaf üçün əsas şərtdir - Yalçın Rəfiyev

Bakı. Trend:

20 oktyabr 2025-ci il tarixində Lüksemburqda Avropa İttifaqınıntəşkilatçılığı ilə “Regionlararası təhlükəsizlik və bağlantılar”mövzusunda xüsusi yüksək səviyyəli toplantı təşkil olunub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, toplantı çərçivəsindəQara Dəniz regionunda təhlükəsizlik, sabitlik və dayanıqlılıq,həmçinin regionlararası bağlantılar gündəliyi üzrə sessiyalarkeçirilib.

İclasın işində Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas,genişlənmə üzrə komissar Marta Kos, beynəlxalq tərəfdaşlıq üzrəkomissar Jozef Sikela, üzv ölkələrin xarici işlər nazirləri, eləcədə Şərq Tərəfdaşlığı, Türkiyə və Mərkəzi Asiya ölkələrinin yüksəkvəzifəli şəxsləri iştirak edib.

Toplantıda Azərbaycan Respublikasını xarici işlər nazirininmüavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsiledib.

Nazir müavini Y.Rəfiyev müzakirə olunmuş məsələlərlə bağlıölkəmizin mövqeyini diqqətə çatdıraraq, Azərbaycanın da daxilolduğu geniş Qara dəniz regionunun inkişaf potensialını ortayaçıxarmaq üçün bu bölgədə sülh və təhlükəsizliyin bərqərar olmasınınvacibliyini, bu istiqamətdə Azərbaycan və Ermənistan arasında davamedən sülh prosesinin əhəmiyyətini vurğulayıb.

Qara dəniz regionunu Cənubi Qafqaz və Mərkəzi Asiyaya bağlayanmühüm nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanınnəqliyyat, enerji və rəqəmsal bağlantılar sahəsində Avropa İttifaqıüçün etibarlı tərəfdaş olması amili diqqətə çatdırılaraq,Azərbaycan və Aİ arasında bu istiqamətdə iqtisadi və investisiyaəməkdaşlığının gücləndirilməsinin mövcud potensialdan daha səmərəliistifadəyə imkan yaradacağı qeyd olunub.

Seçilən
63
28
az.trend.az

10Mənbələr