Serbiya Avropa İttifaqının (Aİ) rus qazından mərhələli imtina qərarından sonra ağır vəziyyətlə üzləşib.
Editor.az xəbər verir ki, bu barədə ölkənin Dağ-mədən və Energetika naziri Dubravka Cədoviç-Xandanoviç məlumat verib, xəbər verir TASS.
Nazirin sözlərinə görə, gələn ilin yanvarından etibarən Bolqarıstan “Balkan Stream” qaz kəməri vasitəsilə rus qazının tranzitini dayandıracaq. Nəticədə Serbiya ciddi enerji böhranı ilə üzləşəcək. Cədoviç-Xandanoviç vurğulayıb ki, ölkə heç bir münaqişədə iştirak etməməsinə baxmayaraq, bu qərardan mənfi təsirlənəcək.
//Samir Qurbanov, Editor.az