AZ

Kazemiro “Mançester Yunayted” üçün maaşından imtina etməli olacaq

“Mançester Yunayted” komandası yarımmüdafiəçi Kazemironu komandada saxlamağa hazırdır.

90deqiqe.Az “Football Insider”ə istinadən xəbər verir ki, hər hansı potensial müqavilə braziliyalı futbolçunun maaşında xeyli azalma tələb edəcək.

Hazırda 33 yaşlı Kazemiro həftəlik təxminən 345 min funt sterlinq (təxminən 400 min avro) qazanır və komandadakı ən yüksək maaşlı oyunçulardan biridir.

“Mançester Yunayted” forması ilə Kazemiro 132 rəsmi oyunda iştirak edib, 18 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun mövcud müqaviləsi 2025/2026 mövsümünün sonuna qədər etibarlıdır.

Seçilən
63
90deqiqe.az

1Mənbələr