AZ

Türkiyədə həbsdən qaçan məhkum cinayətlər törətdi 2 ölü, 7 yaralı

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyənin Balıkesir vilayətindəki həbsxanaların birindən qaçan məhkum ardıcıl cinayətlər törədib.

“Qafqazinfo” “Sabah”a istinadən xəbər verir ki, Mustafa Emlik adlı məhkum qaçış planını həyata keçirərkən baş çavuş Kamal Əkrini qətlə yetirib.

Daha sonra onun avtomobilini oğurlayıb. Həmin nəqliyyat vasitəsi ilə qaçarkən 6 piyadanı vurub.

Onlardan biri, Göktuğ Çalığı adlı şəxs hadisə yerində keçinib, digər beş nəfər isə yaralanıb.

Onun izinə düşən təhlükəsizlik qrupu ilə atışma zamanı 2 polisi də yaraladıqdan sonra zərərsizləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
55
3
qafqazinfo.az

4Mənbələr