AZ

“Komandamız indi daha çox təcrübə və inam göstərir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqadakı nəticələrin təhlili və komandadakı inkişaf barədə açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlama verib:

“Mümkün qədər çox məlumat toplamalı və əvvəl niyə bu qədər xal itirdiyimizi anlamalıyıq, sonra isə bu səhvləri düzəltməyə çalışmalıyıq. Düzünü desəm, heç-heçə ilə qələbə arasındakı fərq çox vaxt sadəcə detallardan asılı olur. Əgər bu detalları öz xeyrimizə istifadə edə bilsək, qalib gəlirik.

Komandamız indi fərqli bir səviyyə göstərir. Oyunçular daha təhlükəlidir və bəlkə də inam yaranıb. Amma hələ qarşıda 30 tur var və məqsədimiz bu səviyyəni mövsüm boyu qorumaqdır.”

Seçilən
54
90deqiqe.az

1Mənbələr